Elman Rüstəmov yeni valyuta siyasətindən danışdı

12 Fevral, 2018 12:31 | İqtisadiyyat | Baxış sayı: 102
Elman Rüstəmov
Elman Rüstəmov

"Əhalinin və iş adamlarının marağını nəzərə alırıq"

Azərbaycan məzənnə siyasətində “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edilir. 

İstiPress-in məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə,  ABŞ dollarının məzənnəsinin uzun müddətdir ki, 1,7001 AZN/USD səviyyəsində qalması Azərbaycan Mərkəzi Bankının (AMB) “üzən məzənnə” rejimindən imtina etməsi demək deyil: 

“AMB valyuta bazarına əhəmiyyətli dərəcədə müdaxilə etmir. Bununla belə, əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşması və yaxud bahalaşmasını istəmirik. Odur ki, məzənnə siyasətində “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edilir. Tənzimləyici qurum az volatilli sabit məzənnə, ucuz pul və aşağı səviyyəli inflyasiyanı qarşıya hədəf qoyub və bunların üçü də eyni dərəcəcə vacibdir. Qurumun valyuta ehtiyatlarının artması isə bankların ona olan borclarını qaytarması ilə bağlıdır. Hazırda AMB valyuta hərraclarında dollar alıb-satmır”, - deyə Elman Rüstəmov əlavə edib.