Gürcü nazir Paşinyanı biabır etdi

12 Yanvar, 2020 15:46 | İqtisadiyyat | Baxış sayı: 201

"Azərbaycan, Ukrayna və Moldova da əlavə dəyər vergisinin hesablanmasının yeni üsulunu tətbiq edib"

Nikol Paşinyanın Ermənistanın iqtisadi göstəricilərə görə Gürcüstan və Azərbaycanı keçməsi barədə absurd sözlərinə Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnava sərt cavab verib. 

İstiPress-in məlumatına görə, Natiya Turnava  bildirib ki, N.Paşinyan elementar məsələləri bilmir və iqtisadi göstəricilərin necə hesablandığını başa düşmür.

bir neçə gün əvvəl Nikol Paşinyan Facebook-da qeyd yazmış və iddia etmişdi ki, guya Ermənistan adambaşına düşən ÜDM-in həcminə görə Azərbaycanı və Gürcüstanı ötüb. Ən maraqlısı isə o idi ki, bu məlumat dərhal bütün Ermənistan mediası tərəfindən yayılmışdı.

O da maraqlıdır ki, şərhində Nikol Paşinyan Beynəlxalq Valyuta Fondunun rəsmi saytına istinad etdiyini bildirmişdi.

Ancaq Paşinyan tezliklə səhvini etiraf etməli oldu və mesajında düzəliş etdi: demə o, 2019-cu ilin rəsmi məlumatlarını proqnozlarla qarışdırıbmış  və Azərbaycanın adını siyahıdan çıxarıb.

Nazir vurğulayıb ki, Nikol Paşinyanın bu məsələni öyrənməsi məqsədəuyğun olar: “Gürcüstanda statistika xidməti 2019-cu ilin noyabrından ümumi daxili məhsulun (ÜDM) hesablanmasının yeni üsulunu tətbiq edib və bu, hələlik Beynəlxalq Valyuta Fondunun (BVF) və digər maliyyə təşkilatlarının hesabatlarında öz əksini tapmayıb. Regionumuzun ölkələri – Azərbaycan, Ukrayna və Moldova da əlavə dəyər vergisinin hesablanmasının yeni üsulunu tətbiq edib. Bu, BVF-nin növbəti hesabatında əks olunacaq”.