Pensiya alanlara xoş xəbər - nazirdən açıqlama

12 Yanvar, 2019 09:36 | İqtisadiyyat | Baxış sayı: 1058
Pensiya
Pensiya

“Pensiyaçının dostu” proqramı hazırlanıb

"Pensiya təyinatı sahəsində “Pensiyaçının dostu” proqramı hazırlanıb və cari ildən avtomatlaşdırılmış pensiya təyinatına başlanıb". 

İstiPress-in məluma tına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil babayev Nazirlə Kabinetinin iclasında bildirib. 

Onun sözlərinə görə, bu innovativ yanaşma əsasında, vətəndaşın hüququ yarandığı gün elektron qaydada pensiya təyinatı aparılır, ona pensiya məbləği, ödəniş kartını əldə edəcəyi bank filialı barədə “sms”, e-mail və məktub göndərilir.

İslahatın tərkib hissəsi kimi, fərdi hesabında pensiya kapitalı olan şəxslərə 2006-cı ilədək 25 il sığorta stajı avtomatik hesablanır.

Nazir həmçinin qeyd edib ki, cari ildə əlavə olaraq 19 min 500 nəfərin pensiya almasına və onların aylıq gəlirlərinin 48 faiz artmasına imkan yaradılacaq. "Artıq 628 şəxsə elektron qaydada pensiya təyin edilib və pensiya hüququ yaranacaq şəxslərin 70 faizinin, yəni 36 min nəfərin pensiya təyinatı məhz avtomatlaşdırılmış şəkildə aparılacaq".