İlham Əliyev: "Qəzadan sonra aydın oldu ki..."

12 Yanvar, 2019 10:50 | İqtisadiyyat | Baxış sayı: 216
Metroda vaqon
Metroda vaqon

Prezident ölkəni qaranlıqda qoyan qəzadan danışdı, söz verdi

"Keçənilki qəzadan sonra aydın oldu ki, bizim strateji obyektlərimiz bu fövqəladə vəziyyətə hazır deyil və bu, böyük təəssüf hissi yaradır. Əlbəttə ki, bu strateji obyektlərə rəhbərlik edən şəxslər də tənbeh olundu". Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev bildirib ki, indi görülən və görüləcək işlər nəticəsində bütün strateji obyektlərdə müasir generator sistemi quraşdırılacaq, bu məqsədlər üçün vəsait ayrılıb. İlk növbədə, metro stansiyalarında generatorlar quraşdırılacaq.

"Artıq kontraktlar da imzalandı və bu il biz bunu tam şəkildə təmin edəcəyik. Bu, bizə imkan verəcək ki, əgər hər hansı bir qəza olarsa, metro tunelində heç bir qatar qalmasın. Yəni, bu generatorlar imkan verəcək ki, qatarlar stansiyaya qədər gəlsin və vətəndaşlar stansiyaya həm rahat düşə bilsinlər, həm də eskalatorlarla qalxa bilsinlər. Metroda quraşdırılan generatorların əsas funksiyası bundan ibarətdir.

Bizim bütün strateji səhiyyə obyektlərində də təftiş aparıldı və bütün obyektlərdə bu sahədə tam təminat təşkil ediləcək".

Xatırladaq ki, öyən ilin iyul ayının 3-də “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza nəticəsində ölkənin bir hissəsi, o cümlədən paytaxt Bakı qaranlığa qərq olub.