Azərbaycanda siqaret və energetik içkilər nə vaxtdan bahalaşacaq?

12 Yanvar, 2019 16:41 | İqtisadiyyat | Baxış sayı: 240
9999999
9999999

Gömrük Komitəsi məlumat yaydı

Dövlət Gömrük Komitəsi alkoqollu energetik içkilər və alkoqolsuz energetik içkilərin gömrük rüsumlarının artırılması ilə bağlı xəbərə münasibət bildirib.

Komitədən verilən məlumata görə, Nazirlər Kabinetinin qərarları ilə bağlı kütləvi informasiya vasitələrində yanlış şərhlərə yol verilir, gömrük rüsumlarının artırılması ilə bağlı fikirlər irəli sürülür.

"Məlumat üçün bildiririk ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli qanununa əsasən alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün maye aksizli malların siyahısına daxil edilib, siqar və siqarilllalar fərqli aksiz dərəcəsi tətbiq olunmaqla yeni redaksiyada verilib və siqaretlərin isə aksiz dərəcəsi artırılıb.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, həmin malların Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə sinifləşdirilməsi məqsədi ilə alkoqollu energetik içkilər (2208 90 690 1, 2208 90 780 1), alkoqolsuz energetik içkilər (2202 10 000 9, 2202 99 190 2 ), elektron siqaret üçün maye (2403 99 900 1), siqaret, siqar ve siqarillaların (2402 10 000 2, 2402 10 000 9, 2402 90 000 2, 2402 90 000 3, 2402 90 000 9) müvafiq mal mövqelərinin kodları müəyyənləşdirilib.

Alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün mayeyə, siqaret, siqar ve siqarillalar əvvəllər sadəcə idxal rüsumuna cəlb olunurdusa, Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə cari ilin fevral ayının 10-dan etibarən bu mallara həm də aksiz vergisinin tətbiqi nəzərdə tutulub.

Bildiririk ki, hazırda tətbiq edilən idxal gömrük rüsum dərəcələrində heç bir dəyişiklik edilməyib".