Bakının bu küçəsinə yeni magistral su kəməri çəkilir

12 Yanvar, 2018 18:57 | İqtisadiyyat | Baxış sayı: 215
Su çəkilişi - Bakı şəhəri Nəsimi rayonu Məsud Davudoğlu küçəsi
Su çəkilişi - Bakı şəhəri Nəsimi rayonu Məsud Davudoğlu küçəsi

2018-ci ilin ilk günlərindən başlayaraq Bakı şəhəri Nəsimi rayonu Məsud Davudoğlu küçəsində yeni magistral su xəttinin tikintisinə başlanılıb. 

İstiPress-in məlumatına görə, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, magistral su kəmərinin tikintisi həmin küçədə yeni yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, M. Davudoğlu küçəsində yaşayan sakinlərin su təchizatı 1970-ci illərdə çəkilmiş polad borularla təmin olunurdu. Uzun müddət istifadədə olmuş xətt istismar tələblərinə cavab vermədiyindən tez-tez qəza halları yaranırdı.

Yeni layihə çərçivəsində M. Davudoğlu küçəsindən keçən mövcud magistral xətt yenisi ilə əvəzlənir. Bu məqsədlə 280 mm olan polietilen borularla 1 km uzunluğunda yeni magistral su xətti çəkilir və ətraf küçələrə çıxışlar verilir. Magistral kəmərin tikintisi başa çatdıqdan sonra bütün evlər yeni çəkilmiş xətlərə qoşulacaq və mövcud kəmərin fəaliyyəti dayandırılacaq.