Rusiyanın pulu qurtarır

12 Yanvar, 2017 14:20 | İqtisadiyyat | Baxış sayı: 76
Rusiyann Maliyyə Nazirliyi
Rusiyann Maliyyə Nazirliyi

Ehtiyat Fondunda 73 faiz azalma var

Rusiyanın “qara gün” üçün saxladığı Ehtiyat və Beynəlxalq İnkişaf  Fondları iqtisadi böhran dövründə tükənməyə davam edir. Rusiyanın Maliyyə Nazirliyini məlumatına görə Ehtiyat Fondu 2016 – cı ildə 73.3 % azalaraq 972.13 milyard rubl olub. Beynəlxalq İnkişaf  Fondu isə 16.6 % faiz azalaraq 4.36 trilyon rubul olub.

Ehtiyat Fondu 2016 – cı ilin son aylarında 58.2 % Beynəlxalq İnkişaf  Fondu isə 5.81 % azalıb.

Neft gəlirlərinin yüksək olduğu illərdə Rusiyann “qara gün” pulu olan ehtiyyatları , belə sürətlə davam edərsə 2017 – ci ildə tamamilə tükənə bilər.

Nazirlik tərəfindən verilən açıqlamaya görə dekabr ayında Ehtiyat Fondundan 966 milyard rubl büdcə kəsirinin bağlanılması üçün xərclənib.