Dolların taleyi banklara buraxıldı

12 Yanvar, 2017 12:51 | İqtisadiyyat | Baxış sayı: 129
Mərkəzi Bank
Mərkəzi Bank

Mərkəzi Bank 4 faizlik marjanı ləğv edib

Mərkəzi Bank  4 faizlik marjanı ləğv edib. İstiPress-in bank dairələrindən əldə etdiyi məlumata görə, bu barədə kommersiya banklarına məktub göndərilib.

“Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı xarici valyutanın alış-satış məzənnənin rəsmi məzənnədən 4% yüksək və ya aşağı həddində tətbiq olunan kənarlaşma həddi 12 yanvar 2017-ci il tarixindən ləğv olunur” – rəsmi məlumatda belə deyilir.

Mərkəzi Bnakın məktubu
Mərkəzi Bnakın məktubu