Azərbaycanda banklar 10 aya necə milyon qazandı?

11 Dekabr, 2017 09:35 | İqtisadiyyat | Baxış sayı: 61
Bank
Bank

Xalis mənffətin miqdarı açıqlandı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan banklarının faiz gəlirləri 1 582,3 mln. manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 168,5 mln. manat, faiz xərcləri 740,8 mln. manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 316,9 mln. manat, qeyri-faiz gəlirləri 828,9 mln. manat, qeyri-faiz xərcləri 789,5 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, son nəticədə bank sektorunun xalis əməliyyat mənfəəti 880,9 mln. manat olub. Banklar bunun 309,6 mln. manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlarımn yaradılmasına yönəldiblər, digər mənbələrdən isə 3,4 mln. manat gəlir əldə ediblər, 25,1 mln. manat isə mənfəət vergisi ödəyiblər.

Bununla da, sektorun 10 aylıq xalis mənfəəti 549,6 mln. manat təşkil edib. /report/