OPEK+ hasilatın 1 milyon barel azaldılmasını dəstəkləyib

11 Noyabr, 2018 15:59 | İqtisadiyyat | Baxış sayı: 27
Neft
Neft

"Bazar həddindən artıq doyub"

OPEK+ ölkələrinin əksəriyyəti neft hasilatının azaldılmasını dəstəkləyib.

İstiPress-in məlumatına görə, bunu jurnalistlərə Omanın neft naziri Məhəmməd ər-Rumhi Monitorinq komitəsinin Əbu-Dabidəkeçirilən iclasının kuluarlarında deyib.

"Bazar həddindən artıq doyub, hasilatın sutkada 1 milyon barel azaldılması ideyası, yaxşı başlanğıcdır", - deyə o bildirib.

Nazir əlavə edib ki, hasilatın azaldılması ideyasını Vyana sazişinin əksər iştirakçıları dəstəkləyir.

Bundan əvvəl OPEC+un oktyabrda razılaşmaya 106% əməl etdiyi məlum olub.