Marsda qiymətli raket yanacağı tapılıb

11 Noyabr, 2018 17:53 | İqtisadiyyat | Baxış sayı: 158
Mars
Mars

Yanacağın istehsalı üçün zavodun Ayın səthində tikilə biləcəyi bildirilir

Vaşinqton Universitetinin alimləri Marsda raket yanacağı istehsal etmək üçün istifadə olunan çoxlu sayda kimyəvi element olduğunu aşkarlayıblar.

İstiPress-in məlumatına görə, Marsda olan xlor turşusunun esterlərini yenidən emal edərək yüksək keyfiyyətli raket yanacağının istehsalı üçün istifadə etmək mümkündür. Bu esterlər xüsusilə güclü partlayıcı istehsalı üçün əsas komponentdir.

NASA tədqiqatçıları raket yanacağının istehsalı üçün zavodun Ayın səthində birbaşa tikilə biləcəyini də bildirirlər.