Azərbaycanda Külək Elektrik Parkı açıldı FOTO

11 Oktyabr, 2018 10:38 | İqtisadiyyat | Baxış sayı: 108
Xızıda inşa edilən stansiya
Xızıda inşa edilən stansiya

Prezident və xanımı açılışda iştirak etmək üçün Xızıya səfər edib

Prezident İlham Əliyev Xızıya səfər edib. İstiPress-in məlumatına görə, dövlət başçısı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub.

Açılışda İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.

Dövlət başçısı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsib.