Tütün və spirtli içkilərin qiyməti qalxa bilər

11 Oktyabr, 2017 12:23 | İqtisadiyyat | Baxış sayı: 108
Tütün və spirtli içkilər
Tütün və spirtli içkilər

Hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır

Azərbaycan hökuməti aksiz vergisi dərəcələrinin dəyişdirilməsini müzakirə edir.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevdeyib.

A.Əliyev qeyd edib ki, hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır:

"Bundan başqa, aksiz vergisinin tətbiq edildiyi tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı məsələsində biz, ilk növbədə, əhalinin sağlamlığını düşünməliyik. Həmçinin Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var".