"Azercell"də problemlər yaranıb

11 Oktyabr, 2017 16:44 | İqtisadiyyat | Baxış sayı: 311
Azercell şirkətinin loqosu
Azercell şirkətinin loqosu

Şirkət müştərilərə müraciət etdi

"Azercell" mobil operatorunun abunəçiləri problemlə üzləşib.

Abunəçilər iki gündür normal zəng edə bilmədiklərindən şikayətlənir. 

Sosial şəbəkələrdə abunəçilər "Azercell" nömrələrinə zəng çatmadığını, gün ərzində problemin aradan qaldırılmadığını deyirlər.

İstiPress xəbər verir ki, mobil operator yaranmış vəziyyətlə bağlı abunəçilərinə müraciət edib. 

Müraciətdə hazırda "Azercell" abunəçiləri tərəfindən Bakı şəhəri ərazisində 3G şəbəkəsinin səsli zəng xidmətlərində bəzi çətinliklər yaşandığı bildirilib: "Tövsiyə edirik ki, abunəçilərimiz səsli zəng xidmətlərindən istifadə edərkən, 2G şəbəkəsinə keçsinlər".

Qeyd edək ki, 3G və 4G şəbəkəsində mobil internet xidmətləri tam gücü ilə fəaliyyət göstərir. Ən yaxın saatlarda səs xidmətləri də bərpa ediləcək".