Azərbaycana axan milyonlar arta bilər

11 Sentyabr, 2018 13:53 | İqtisadiyyat | Baxış sayı: 77
Neft
Neft

Neftin qiyməti ilə bağlı ürəkaçan proqnoz

“Brent” markalı neftin bir barrelinin qiyməti 100 dolları keçə bilər. Bu proqnozla “FACTS Global Energy”nin rəhbəri Fereidun Fesharaki çıxış edib.

“İranın neft təchizatının tamamilə dayanması vəziyyətində digər böyük istehsalçılar bu boşluğu asan doldura bilməyəcəyi üçün “Brent”in bir barrelinin qiyməti 100 dolları keçə bilər. ABŞ-dakı şist nefti istehsalçıları demək olar ki, maksimum səviyyədə hasilat həyata keçirir. Buna görə də, ABŞ-ın şist neftinin bazarda İran boşluğunu dolduracağına inanmaq məntiqsizdir. Neftin qiymətinin 100 dollar/barrelə yüksəlməsi isə ABŞ və Çinin ticari gərginliyindən asılıdır”.

Qeyd edək ki, “Brent” 2014-cü ildən bəri 100 dollar/barrelə yüksəlməyib. Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir barreli 78,10 dollara satılır.