Neft Fondu xaricdə 2,2 milyard dollara daşınmaz əmlak aldı

11 İyul, 2018 18:24 | İqtisadiyyat | Baxış sayı: 163
Dövlət Neft Fondu
Dövlət Neft Fondu

5 ayda investisiya qoyuluşlarının həcmi 15,7% artıb

2018-ci il mayın 31-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xaricdə daşınmaz əmlaka investisiya qoyuluşları $2,2 mlrd. məbləğində qiymətləndirilir.

İstiPress-in məlumatına görə, bu barədə "İnterfaks"a Fondun icraçı direktorunun müavini İsrafil Məmmədov məlumat verib.

"31 may 2018-ci il tarixinə ARDNF xaricdə daşınmaz əmlakın alınmasına $2,2 mlrd. yönəldib. Bunun 73%-ni birbaşa investisiyalar, 27%-ni isə dolayı investisiyalar təşkil edib”, - deyə o bildirib.

Xəbər verildiyi kimi, 2017-ci ilin sonuna Fond tərəfindən xaricdə daşınmaz əmlakın alınmasına $1,9 mlrd. məbləğində investisiya qoyulub. Beləliklə, bu ilin yanvar-may aylarında investisiya qoyuluşlarının həcmi 15,7% artıb.