Neft Azərbaycanı sevindirdi

11 İyul, 2018 11:59 | İqtisadiyyat | Baxış sayı: 72
Neft hasilatı
Neft hasilatı

“Azeri Light” bahalaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,57 dollar azalaraq 78,29 dollara düşüb. 

Nyu-Yorkun NYMEX isə birjasında “Light” markalı neftin bir barrelinin qiyməti 73,67 dollara kimi azalıb. ucuzlaşma 0,44 dollar olub. 

"Qara qızıl"ın dəyər itirməsi Çinlə ABŞ arasında qızışan ticarət münaqişəsi fnunda baş verir.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,92 dollar bahalaşaraq 80,36 dollar olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.