SOCAR Prezidenti: "Azərbaycan Avropanın qaza olan tələbatını ödəməyə hazırdır"

11 İyul, 2017 08:07 | İqtisadiyyat | Baxış sayı: 38
Rövnəq Abdullayev - ARDNŞ-nin prezidenti
Rövnəq Abdullayev - ARDNŞ-nin prezidenti

“Şahdəniz” bütün tərəflər üçün əlverişli layihədir

"SOCAR hər zaman Türkiyənin dəstəyini hiss edib". "İstiPress" xəbər verir ki, bunu XXII Dünya Neft Konqresində çıxışı zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"SOCAR olaraq "Petkim", TANAP, STAR, "Petlim" və digər həyata keçirdiyimiz layihələrdə Türkiyənin dəstəyini daim hiss etdik", - deyə R. Abdullayev bildirib.

"Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyətinə toxunan SOCAR prezidenti bunları deyib: "Avropanın qaza olan tələbatı 7,1% artıb. Azərbaycan digər tədarükçülərlə birgə bu tələbatı ödəməyə hazırdır. "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan, Türkiyə və Avropanın uzunmüddətli mənafeyinə uyğun layihədir".Enter some text