Rusiyanın Azərbaycanda istehsal edəcəyi yeni texnika

11 İyun, 2019 20:42 | İqtisadiyyat | Baxış sayı: 195

Rus menecer açıqladı

Bakı Sərgi Mərkəzində keçirilən “TransCaspian 2019” və “Road & Traffic 2019” sərgilərinin iştirakçılarından biri də Moskvada fəaliyyət göstərən “MTZ Transmash” SC-dir.

Səhmdar Cəmiyyətinin kommersiya direktoru Sergey Toporıgin bildirib ki, təmsil etdiyi qurum 1921-ci ildən etibarən müxtəlif növ lokomativ yük-sərnişin vaqonları, yüksək sürətli qatarlar və metro vaqonlarının istehsalı ilə məşğuldur. Müəssisə tərəfindən istehsal olunan əyləc avadanlıqları xarici ölkələrdə dəmir yolu və metro xətlərində istismar olunur.

“Hazırda Səhmdar Cəmiyyətinin Pribaltika, Qazaxıstan və Afrikanın bir sıra ölkələrində nümayəndəlikləri var. Azərbaycanla da yük və sərnişin qatarlarının istehsalında maraqlıyıq”, - deyə o əlavə edib.