Rusiyada azərbaycanlı Adil Şirinova daha bir vəzifə verildi

11 İyun, 2019 08:51 | İqtisadiyyat | Baxış sayı: 69
Adil Şirinov
Adil Şirinov

Şirinov "Aurus" avtomobil şirkətinə də başçılıq edəcək

"UAZ" və "Ford Sollers" birgə müəssisəsinin baş direktoru Adil Şirinov "Aurus" avtomobilinin istehsalçısı "Aurus" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsinə təyin edilib. TASS-ın məlumatına görə, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyinin məlumatında bildirilir.

O, iyunun 1-dən "Aurus" MMC-ının baş direktoru vəzifəsini icra edir. Adil Şirinov bu postda Herhard Hilqerti əvəz edib. 

Adil Şirinov 1964-cü ildə Bakıda doğulub. O, bu yaxınlarda "UAZ" və "Ford Sollers" birgə müəssisələrinin baş direktoru vəzifəsini icra etməyə başlayıb. Belə ki, Adil Şirinov mayın 23-də “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodunun baş direktoru təyin olunub.