Sosial yardım alanların sayı artırılır

11 May, 2020 17:45 | İqtisadiyyat | Baxış sayı: 160
Milli Məclis
Milli Məclis

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanuna əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir.

İstiPress-in məlumatına görə, təklifə edilən dəyişikliyə əsasən, bu səbəblər sırasına ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması daxil edilir.

Azvision.az bildirir ki, dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.