Neft 100 dollar olacaq

11 May, 2018 10:25 | İqtisadiyyat | Baxış sayı: 144
Dollarla satış
Dollarla satış

Azərbaycanı sevindirən proqnoz

"Neftin qiyməti yüz dollara kimi bahalaşa bilər". İstiPress-in məlumatına görə, bunun gələn il baş verməsi gözlənilir. Bu barədə "Bank of America"ya istinadla "Bloomberg" agentliyi yazıb. 

Məqalədə qeyd edilir ki, ötən gün bir bareli 77 dollara kimi bahalaşan "Brent" markalı neftin gələn ilin ikinci rübündə qiyməti 90 dollara çatacaq. 

"Bank of America"nın ekspertləri əmindirlər ki, "qara qızıl"ın bahalaşmasına səbəb OPEK-in hasilatla bağlı razılaşması, ABŞ-ın İran sanksiyaları səbəb olacaq. Burada rol oynayacaq daha bir amil isə Venesuelladan ixracda yaranan böhran ola bilər.

"Goldman Sachs"ın analitikləri də neftin qiymətindəki artımın müvəqqəti olmadığı qənaətindədirlər. Onların sözlərinə görə, artıq bu yay qiymət 82 dollara kimi qalxa bilər. Gələn il isə əksinə ucuzlaşma gözlənilir. 

Dünya bazarında qiymətlərin artımına hazırda təsir edən amillər arasında ABŞ-ın İranla nüvə sazişindən çıxmağı elan etməsi, eləcə də bu ölkədə ehtiyatların azalması ilə bağlı proqnozlar olub.

Xatırladaq ki, bu günə olan məlumata görə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar ucuzlaşaraq 77,65 dollar təşkil edib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar azalaraq 77,36 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 71,32 dollar olub.