Neft sevindirir - bahalaşma davam edir

11 Mart, 2020 10:40 | İqtisadiyyat | Baxış sayı: 237
Neft
Neft

Qiymət artımı hasilatın azalması xəbərləri fonunda başlayıb

Kəskin dşüşdən sonra dünya birjalarında neftin qiyməti bahalaşmağa başalayıb. Bu artım hasilatın azalacağı barədə xəbnərlərin fonunda başlayıb. 

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,67 faiz artaraq 37,84 dollara çatıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,9 faizlik artım olub. Adıçəkilən markanın nefti indi 34,67 dollara təklif edilir. 

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar geriləyərək 36,47 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.