Putinin göz-bəbəyi Avropaya çıxır FOTO

11 Mart, 2019 10:53 | İqtisadiyyat | Baxış sayı: 141
Putinin limuzini
Putinin limuzini

Zirehli limuzinlər özəl sifarişlə hazırlanacaq

Rusiya prezidenti Vladimir Putin üçün özəl maşınlar istehsal edən şirkət dünyaya açılır. İstiPress-in məlumatına görə, Rusiya prezidentinin xidməti maşını olaraq istifadə etdiyi "Aurus" limuzinləri Avropada da satışa çıxarılacaq. 

Rusiya Sənaye və ticarət naziri Denis Manturov bu barədə məlumat verib. Onun sözlərinə görə, "Aurus" 2021-ci ildən etibarən Avropaya çıxacaq. Adıçəkilən şirkətin Putin üçün xüsusi ilə istehsal etdiyi təhlükəszilik dərəcəsi yüksək olan ağır zirehli limuzini "Senat"da özəl sifarişlə satılacaq. Ümumiyyətlə zirehli maşınları istəyən şəxs sifariş edə biləcək. 

Artıq Avropada yerli dillerlərlə danışıqlar başlayıb. 

"Aurus" sedan, limuzin, SUV və mini van modellər istehsal edəcək.