Azərbaycanda bu məhsulların gömrük qiyməti bahalaşdı SİYAHI

11 Yanvar, 2019 09:20 | İqtisadiyyat | Baxış sayı: 608
Market
Market

Baş nazir qiymət artımı ilə bağlı qərar imzalayıb

Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilib. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərarı Novruz Məmmədov imzalayıb.

Qərara əsasən qiymətlər belə olacaq:  

şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat

meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat

tutumu 2 litrdən az olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat 

tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat

tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1 ədəd üçün 1,0 manat

tərkibində tütün olan siqarillalar 1000 ədəd üçün 20,0 manat

tərkibində tütün olan siqaretlər 1000 ədəd üçün 28,0 manat

tərkibində tütün əvəzləyicisi olan siqarlar 1 ədəd üçün 1,0 manat 

tərkibində tütün əvəzləyicisi olan siqarillalar 1000 ədəd üçün 20,0 manat

tərkibində tütün əvəzləyicisi olan siqaretlər 1000 ədəd üçün 28,0 manat

elektron siqaretlər üçün maye 1 litr üçün 20,0 manat

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.