Qadın 4 günə 2 milyard dollar qazandı

11 Yanvar, 2018 14:49 | İqtisadiyyat | Baxış sayı: 196
Milyard dollar
Milyard dollar

Çinin ən varlı qadını üçün yeni il olduqca uğurlu başlayıb. İstiPress-in məlumatına görə, Yan Xueyyan cəmi 4 gün ərzində 2 milyard dollar qazanıb. Bununla da onun sərvəti 25,6 milyard dollara çatıb. 

O, dünyanın super ölkəsi adına namizəd olan Çinin ən varlı sakinlərindən biridir. İş qadını "Country Garden Holdings"in səhmdarıdır. "Bloomberg"in ekspertlərinin hesablamalarına görə, birjaların 4 iş günü ərzində Yanın səhmləri dəyər qazanıb. O, ən varlılar siyahısında 31-ci yerdən ilk onluğa qalxa bilib.

Xatırladaq ki, dünyanın ən varlıları siyahısına bu il "Amazon"nun rəhbəri Ceff Bezons qərarlaşıb. O, kapitalını 4,71 milyard artırıb. Ümumi sərvətinin həcmi isə on milyardlarla dollardır. 

Yan Xueyyan
Yan Xueyyan