Azərbaycan neftindən dörd il sonra ilk

11 Yanvar, 2018 09:06 | İqtisadiyyat | Baxış sayı: 220
Neftçi
Neftçi

Qiymət 71 dolları ötdü

Azərbaycan nefti son dörd illik rekordunu yeniləyib. istiPress-in məlumatına görə, ölkəmizin dünya bazarına çıxardığı xam neftin qiyməti 70 dollarlıq bariyeri aşıb. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,81 dollar və ya 1,15% artaraq 71,25 dollar təşkil edib.

Sonuncu dəfə "AzeriLight" markalı nefti 2014-cü ilin dekabr ayında 71 dollara satılıb. "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Dünya bazarında neftin illik orta qiymətinin 50 dollardan yuxarı olması Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) illik gəlirlərinin 5 milyard dolları keçməsi deməkdir. Bu isə ARDNF-in 2017-ci ildəki büdcə öhdəliklərində xeyli yüksəkdir.

Qara qızılın ümumi  qiymətində isə cüzi azalma müşahidə edilir. London birjasında "brent" markalı neft 0,17% faiz ucuzlaşaraq 69,08  dollara düşüb. 

WTI markasında da azalma müşahidə olunur. 0,14 faizlik ucuzlaşmadan sonra bu neftin bir bareli 63,48 dollara təklif olunur.