Dollar üçün həlledici gün - Artım qaçılmazdır

11 Yanvar, 2017 17:30 | İqtisadiyyat | Baxış sayı: 184
Dollar - ABŞ valyutası
Dollar - ABŞ valyutası

Ekspertlər bunu Trampın bu gün keçiriləcək mətbuat konfransı ilə əlaqələndirirlər

Qlobal maliyyə bazarları bu gün, yanvarın 11-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək ilk mətbuat konfransını gözləyir. 

İstiPress-in “Pro Servis Finans”a istinadən verdiyi xəbərə görə, maliyyə bazarları üçün bu gün keçiriləcək mətbuat konfransı yanvarın 20-də gözlənilən prezidentin inaqurasiya mərasimindən daha önəmlidir. Belə ki, bugünki çıxışında D.Trampın vergi dərəcələrinin azaldılması və fiskal xərclərin artırılması barədə vədlərini yenidən təkrar edib-etməyəcəyi və bu qərarlar barədə bəyanatları diqqətlə izlənəcək. Bu mətbuat konfransı eyni zamanda onun inaqurasiyası üçün də bir məşq rolunu oynayacaq.

Donald Trampın prezident seçkilərində qələbəsi, ilkin olaraq ABŞ dolları və Amerika fond bazarını vurdu. Lakin, onun noyabrın 9-dakı minnətdarlıq nitqindən sonra bazarlar və dollar nisbətən özünə gəldi. Bundan sonra dollar yuxarı sıçradı və təxminən 3 faizə qədər möhkəmləndi.

Bugünki mətbuat konfransında yuxarıda sadalanan vədlərlə yanaşı Rusiya ilə münasibətlər, Çinlə ticarət əlaqələrinin gələcəyi, "Obamacare" adlanan səhiyyə islahatları ilə bağlı sualların cavabı maliyyə bazarları tərəfindən qiymətləndiriləcək.