Bakıda yeni zavod tikiləcək

11 Yanvar, 2017 19:28 | İqtisadiyyat | Baxış sayı: 82
Əczaçılıq zavodunun maketi
Əczaçılıq zavodunun maketi

Bu məqsədlə İran nümayəndə heyəti Azərbaycana gələcək

Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulacaq.

İstiPress İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 16-da İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Səfər çərçivəsində Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulacaq, bir sıra görüşlər keçiriləcək, Azərbaycan-İran əlaqələrinin inkişafına dair müzakirələr aparılacaq.