Lavrov Xəzər Konvensiyasının əsas şərtini açdı

10 Dekabr, 2018 10:41 | İqtisadiyyat | Baxış sayı: 76
Sergey Lavrov - Rusiya xarici İşlər naziri
Sergey Lavrov - Rusiya xarici İşlər naziri

"Əsas nailiyyət hər bir şeyə görə beş dövlətin öz məsuliyyətini təsdiq etməsidir"

"Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyəti dənizində baş verən hər bir şeyə görə beş dövlətin öz məsuliyyətini təsdiq etməsidir, bu sənəd Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığının inkişafına güclü təkan verəcək". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiyalı nazir bildirib ki, Aktaudakı Xəzər sammiti dənizin hüquqi statusuna dair Konvensiya üzərində iyirmi ildən artıqdır davam edən işə yekun vurub. "Bu, ilk növbədə Xəzərin bizə verdiyi faydalardan - enerji və bioloji resurslardan və nəqliyyat imkanlarından daha səmərəli istifadə etmək üçün tələb olunurdu. Dövlətlər Xəzərdə meydana çıxacaq bütün məsələləri özləri həll edəcəklər".

Xatırladaq ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran liderlərinin sammiti keçirilib ki, zirvə toplantısının yekunu üzrə region üçün tarixi sənəd - Xəzər dənizinin statusuna dair Konvensiya imzalanıb.