Neft yenidən ucuzlaşdı

10 Noyabr, 2018 12:04 | İqtisadiyyat | Baxış sayı: 40
Neft
Neft

"Brent”in bir barrelinin qiyməti 0,47 dollar ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.

İstiPress-in məlumatına görə, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar geriləyərək 70,18 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,48 dollar ucuzlaşaraq 60,19 dollar olub.