Azərbaycanda bu yol iki dəfə genişlənəcək

10 Noyabr, 2017 19:55 | İqtisadiyyat | Baxış sayı: 373
Yol
Yol

"Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik". 

İstiPress-in məlumatına görə, bu barədə prezident İlham Əliyev bu gün Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. 

Dövlət başçısı bildirib ki, yol infrastrukturunun təkmilləşdirilməsi, müasirləşməsi üçün addımlar atılıb, yenə də atılacaq: "Bakı-Gəncə avtomagistralı dünyanın ən yüksək standartlarına cavab verir, dördzolaqlı gözəl, hamar, sürətli bir yoldur. Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik. Bizim həm digər şəhərlərimizə, həm də sərhədə gedən bu yol indi ikizolaqlıdır, genişləndirildikdən sonra dördzolaqlı olacaq".