Azərbaycanda 4 milyon manata satılan sayt adı - FOTO

10 Noyabr, 2017 17:35 | İqtisadiyyat | Baxış sayı: 307
Manat
Manat

Azərbaycanda ən bahalı domen adı bəlli olub.

İstiPress Moderator.az-a istinadən xəbər verir ki, “World News PTE LTD” və “Web Coder Agency” arasında bir sıra domen adlarının satışı ilə bağlı müqavilə imzalanıb

Müqaviləyə əsasən, www.azerbaijan.com və bir sıra digər domenlərin satışını “Web Coder Agency” şirkəti həyata keçirəcək.
www.azerbaijan.com domeninin qiyməti isə  4 milyon manat olaraq müəyyənləşdirilib.

Şirkət bu qiyməti azerbaijan.com-un Azərbaycanın bir nömrəli domeni olması ilə izah edib.

Elan verilən səhifə
Elan verilən səhifə