Azərbaycanda illik inflyasiya azalmaqda davam edir

10 Oktyabr, 2018 14:46 | İqtisadiyyat | Baxış sayı: 24
Azərbaycan manatı
Azərbaycan manatı

İstehlak məhsullarının və xidmətlərin qiymətləri cüzi artıb

Bu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 2,6% artıb.

İstiPress-in məlumatına görə, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ərzaq məhsulları 2,5%, qeyri-ərzaq malları 3%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 2,5% bahalaşıb.

Bu ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% artıb.

Xatırladaq ki, 2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullar və xidmətlər 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7%, bahalaşıb. Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,9% artıb.