Benzinə görə nazirin müavini işdən qovuldu

10 Oktyabr, 2017 11:05 | İqtisadiyyat | Baxış sayı: 270
Benzin çatışmazlığı
Benzin çatışmazlığı

Ölkədə Ai-92 qıtlığı yaranıb

Qazaxıstanın yanacaq bazarında yaranan defisit nazir müavinin işini itirməsinə səbəb olub. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, ölkənin energetika nazirinin müavini Aset Maqauovu və "KazMunayQaz"ın sədr müavini Daniyar Berlibayevi işdən çıxarılıb.

Bu barədə Qazaxıstanın baş naziri Bakıtcan Sagintayev bildirib. Onun sözlərinə görə, yanacaq bazarındakı çatışmazlığa görə energetika naziri Kanat Bozumbayevə də töhmət verilməsi barədə prezidentə təklif verib. 

Nazirlər Kabinetinin iclasında baş nazir energetika nazirindən sentyabr ayında yaranan benzin çataışmazlığının səbəbini soruşub. Bozumbayev və "KazMunayQaz"ın sədri Sauat Mınbayevin hesabatlarında çatışmazlığı iki böyük zavaodun təmirə dayandırılması, Rusiyada benzinin qiymətinin bahalaşması ilə izah ediblər. Nazir isə onların səbəblərini "bəhanə" adlandırıb.

Məlumata görə, ölkədə əhalinin 92 markalı benzin alışı ilə bağlı ciddi problem yaranıb. Adıçəkilən benzin çox yerdə ya xüsusi talonla, ya da yanacaq kart ilə məhdudiyyətlə satılıb.

Bundan başqa ölkə ərazisindəki fərdi ev sahibləri soyuqlar düşsə də, kömür çatışmazlığı ilə üzləşiblər. Onlar evləri qızdırmaq üçün bu yanacaq növündən tapa bilməməkdən şikayət edirdilər.

Energetika naziri isə dekabrda "Aİ-92 markalı benzinin idxaalını 20 faiz azaltmağı planlaşdırdıqlarını bildirmişdi. Nazirlik hesab edir ki, noyabr-dekabr aylarında vəziyyət və benzinin qiyməti sabitləşəcək.