Tanınmış jurnalistə İqtisadiyyat Nazirliyində yeni vəzifə verilib

10 Sentyabr, 2020 14:57 | İqtisadiyyat | Baxış sayı: 110

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri vəzifəsinə təyinat olub.

İstiPress-in məlumatına görə, bu vəzifə Günel Bəhramqızıya həvalə edilib. 

O, indiyə qədər nazirlik yanında Dövlət Vergi Xidmətində çalışıb, "Azad Azərbaycan" televiziya kanalında yayımlanan "İqtisadi zona" verilişinin aparıcısı olub.