Beyrutda daha bir güclü yanğın - VİDEO

10 Sentyabr, 2020 15:35 | İqtisadiyyat | Baxış sayı: 28

Livanın paytaxtı Beyrutda güclü yanğın baş verib.

İstiPress-in məlumatına görə, yanğın avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş eyni yerdə olub.

Hadisə yerinə yanğınsöndürən maşınlar və təcili yardım maşınları göndərilir. İşçilər təcili olaraq liman ərazisini tərk edirlər. “Əl Arabiya” telekanalının məlumatına görə, yanğın dəniz limanının ərazisində yerləşən avtomobil təkərləri və yanacaq-sürtkü anbarında başlayıb.

Xatırladaq ki, avqustun 4-ü Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 160 nəfər ölmüş, 5 mindən çox insan isə yaralanmışdı. Beyrut qubernatoru Marvan Abbud partlayışdan şəhərə dəyən zərərin 15 milyard dollar məbləğində qiymətləndirildiyini bildirmişdi.