"Volkswagen" loqosunu dəyişdi

10 Sentyabr, 2019 14:05 | İqtisadiyyat | Baxış sayı: 228
"Volkswagen"
"Volkswagen"

Yeni loqo daha sədədir

Dünyanın ən aparıcı avtokonserlərindən biri böyük dəyişikliyə imza atıb. Belə ki, "Volkswagen" radikal bir qərar verərək loqosunu dəyişib. 

Alman şirkəti yeni loqusunu bu gün təqdim edib. Frankfurt Avtomobil sərgisində ID.3 adlı elektrik maşınını təqdim edən "Volkswagen"in yeni loqosu da ilk dəfə olaraq məhz bu avtomobildə yer alıb. 

Yeni loqo 3  D görüntüsünü itirib. İndi o daha sadə görüntüsü ilə seçilir. Bundan başqa köhnə loqoda "W" işarəsi yuvarlaq halqaya təmas edirdi, yeni də isə bu toxunuş aradan qaldırılıb.