Neft yüksəlişə başladı

10 Sentyabr, 2019 09:05 | İqtisadiyyat | Baxış sayı: 44
Neft
Neft

Bir barelin qiyməti həftələr sonra 63 dolları da keçdi

Neftin qiymətində uzun müddətli davam edən ucuzlaşmadan sonra yenidən artım başlayıb. "Qara qızıl"ın bir bareli 63 dolları keçib. 

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,67% artaraq bir barelə görə 63,09 dollar təşkil edib. 

 “Light” markalı neftin bir barrelinin qiyməti isə bir barelə görə 58,32 dollara çatıb. 

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti dı 65 dollar civarındadır. 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.