Bayramda bu banklar işləyəcək

10 Avqust, 2019 14:01 | İqtisadiyyat | Baxış sayı: 100
Azərbaycanda banklar gücləndirilmiş rejimdə çalışacaq
Azərbaycanda banklar gücləndirilmiş rejimdə çalışacaq

21 bankın 54 filial və şöbəsi fəaliyyət göstərəcək

Azərbaycan bankları Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə qarşıdan gələn Qurban bayramında (12-13 avqust qeyri-iş günlərində) gücləndirilmiş iş rejimində çalışacaq. Məqsəd əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanmasıdır.

Bayram günlərində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə Bakı, Gəncə və Lənkəran şəhərlərində 21 bankın 54 filial və şöbəsi fəaliyyət göstərəcək. Bu banklardan 8-nin Bakıda yerləşən 12 filial və şöbəsi 24/7 rejimində çalışacaq.

Bayram günlərində həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə müraciət edilə bilər. Əlaqələndirici şəxs Azər Quluyevdir:

E-poçt: azar.guluyev@fimsa.az;

Telefon: (070) 922-29-99