Tramp türk lirəsinə ikinci zərbəni vurdu

10 Avqust, 2018 17:59 | İqtisadiyyat | Baxış sayı: 416
Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə bahalaşması barədə qərarı təsdiqləyib.

İstiPress-in məlumatına görə, Tramp bu barədə şəxsi Tvitter hesabında yazıb: “Türk lirəsinin çox güclü dollarımız qarşısında sürətlə dəyər itirdiyi bir vaxtda Türkiyədən gələn alüminium və poladın gömrük vergisinin 2 dəfə bahalaşmasını təsdiqlədim. Alüminiumda bu göstərici 20, poladda 50 fazidir. Türkiyə ilə münasibətlərimiz hazırkı dövrdə yaxşı deyil”.

Trampın sözügedən tvitindən sonra dollar 6.38 lirəyə çatıb.

Yeri gəlmişkən, ABŞ daha əvvəl Çindən gətirilən mallara 25% rüsumlar tətbiq etmişdi. Buna cavab olaraq Pekin də Amerika məhsullarına eyni ölçüdə rüsumlar tətbiq etdi.

Trampın sözlərinə görə, ABŞ 2017-ci ildə beynəlxalq ticarətdə 817 milyard dollar itirib.