Dollardan tarixi rekord

10 Avqust, 2018 10:44 | İqtisadiyyat | Baxış sayı: 372
Dollar
Dollar

ABŞ valyutasının məzənnəsi 6 lirəni keçdi

ABŞ ilə Türkiyə arasında davam edən gərginliyin founda dollar tarixi rekordunu yeniləyir. Türkiyənin milli valyutası isə sürətlə ucuzlaşır. 

İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu gün səhər saatlarında Türkiyədə ABŞ dollarının məzənnəsi 5,73 lirəyə çatıb. ABŞ-da təmaslarda olan türk heyətin ölkəyə qayıtması, lakin münasibətlərin gələcəyi barədə heç bir açıqlamanaın verilməməsi qiymti daha da yüksəldib. Hər kəs irəliləyən saatlarda qiymətin azalacağını gözləsə də, əksi baş verib. Dolların məzənnəsi 6 liranı da keçib. 

TRY/EUR nisbəti 7,05, TRY/GBP nisbəti isə 7,67 olub.