Türkmənistan prezidenti Bakı səfərindən danışdı

10 Avqust, 2017 13:26 | İqtisadiyyat | Baxış sayı: 295
Türkmənistanda Nazirlər Kabinetinin müşavirəsi
Türkmənistanda Nazirlər Kabinetinin müşavirəsi

Nazirlər Kabinetinin müşavirəsində prezident iki əsas suala cavab verdi

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Bakı səfərindən qayıtdıqdan sonra Nazirlər Kabinetinin müşavirəsini keçirib. 

İstiPress xəbər verir ki, müşavirə Azərbaycan səfərinin yekunlarına, həmçinin avqustun 17-də keçiriləcək Asiya oyunlarına həsr olunub. Türkmən jurnalistlərə prezidentə iki sual verməyə icazə verilib. İlk sual Azərbaycanla Türkmənistan arasında energetika və ticari-iqtisadi əməkdaşlığa aid olub. 

Berdıməhəmmədov deyib ki, cari ilin altı ayı ərzindən Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 40 faiz artıb.

Bakı səfərinin detalları barədə qısaca məlumat verən türkmən prezident Bakı ilə Türkmənbaşı limanları vasitəsilə yükdaşımaların genişləndirilməsi barədə razılıqdan da söz açıb.