İsrail Azərbaycanın düşməninə qarşı əməliyyata başladı

10 Avqust, 2017 16:12 | İqtisadiyyat | Baxış sayı: 1755
Fond
Fond

Rəsmi Təl-Əviv dünya yəhudilərini bir olmağa çağırır

Dünyada ən güclü maliyyə fondu kimi tanınan "Soros"la İsrail dövləti arasında böhran yaranıb. İstiPress "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, rəsmi Təl-Əviv, sözügedən fondu və rəhbəri Corc Sorosu, İsrailin seçilmiş hökumətini yıxmağa cəhddə təqsirləndirib.

"İsrail, bütün anti-semit hərəkatları kədərlə qarşılayır və bu nifrətə qarşı dünya yəhudilərini bir olmağa çağırır. Corc Soros, yəhudi dövlətini qaralayan və demokratik yolla seçilən İsrail hökumətini devirməyə çalışan təşkilatlara maliyyə dəstəyi verir" — rəsmi Təl-Əvivin bəyanatında qeyd olunub.

Mövzu ilə bağlı "Soros" fondundan hələlik heç bir açıqlama verilməyib.

Xatırladaq ki, Corc Soros vaxtaşırı xarici KİV-də Azərbaycan hökumətinin də əleyhinə çıxış edir.