İrəvan metrosunun işi dayanıb, adamlar tuneldə qalıb
Ermənistanın bəzi vilayətlərində, o cümlədən İrəvanda elektrik təchizatında problemlər yaranıb.
İstiPress “Tert.am”a istinadən xəbər verir ki, İrəvan metrosunun işi dayanıb. Adamlar metroda qalıb. Şəhərdə uzun tıxaclar yaranıb.
Ermənistan baş nazirinin müavini Tiqran Avinyan bütün ölkə boyu elektrik enerjisinin kəsilə biləcəyi haqda xəbərdarlıq edib. Avinyan təsdiq edib ki, İrəvan İstilik Elektrik Stansiyasında və Razdan İES-in enerji blokunda qəza baş verib.
“Hazırkı məqamda bizim energetika sistemində qəza baş verib. “İrəvan” İES bütünlüklə və “Razdan” İES-in beşinci bloku dayanıb. Bütün respublika üzrə elektrik enerjisinin kəsilməsi mümkündür. Problemi saat 19.00-a qədər aradan qaldırmaq üçün işlər aparılır”,-o bildirib.
Qeyd olunur ki, telefon şəbəkəsi və internet fasilələrlə işləyir. Ölkə ərazisində elektrik enerjisinin ötürülməsi və paylanması funksiyalarını yerinə yetirən “Ermənistan elektrik şəbəkələri” QSC hələlik baş vermiş hadisəni şərh etməyib.