Prezident İnam Kərimova yeni vəzifə verdi

10 İyun, 2019 17:59 | İqtisadiyyat | Baxış sayı: 228
İnam Kərimov - kənd təsərrüfatı naziri
İnam Kərimov - kənd təsərrüfatı naziri

İlham Əliyev sərəncam imzalayıb

İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncama əsasən, Kənd Təsərrüfatı naziri İnam Kərimov və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov Müşahidə Şurasının üzvləri təyin ediliblər.