Azərbaycan Rusiyanın bu statistikasında ilk beşlikdədir

10 İyun, 2018 17:55 | İqtisadiyyat | Baxış sayı: 209

Azərbaycandan Rusiyaya turist səfərləri I rüb ərzində 193 min təşkil edib, bu, ötən ilin ilk üç ayından 7 faiz çox olub.

İstiPress-in məlumatına görə, bu barədə "TurStat" agentliyi tərəfindən 2018-ci ilin I rübü ərzində Rusiyaya səfərlər üzrə turizm statistikasını təhlili zamanı bildirilib. 

Ümumilikdə I rüb ərzində xarici vətəndaşların Rusiyaya turist səfərlərinin sayı 4,3 milyon təşkil edib.

İlk beşlikdə aşağıdakı ölkələr yer alıb:

1. Ukrayna - 1,556 min (-1%)

2. Qazaxıstan - 656 min (0%)

3. Çin - 216 min (+18%)

4. Finlandiya - 204 min (-13%)

5. Azərbaycan - 193 min (+7%)