Ticarət savaşı qızışır

10 May, 2019 11:30 | İqtisadiyyat | Baxış sayı: 82
Çin-ABŞ bayraqları
Çin-ABŞ bayraqları

Çin supergücə xəbərdarlıq etdi

Çin ABŞ-ın gömrük rüsumlarını artırmaq qərarına etiraz olaraq cavab addımları atacaq. Bu barədə ölkənin Kommersiya Nazirliyindən bildirilib. 

"Biz Çin məhsullarına gömrük rüsumunun 25 faiz civarında artırılmasından təssüflənirik". Bununla yanaşı hazırda Vaşinqtonda keçirilən ticarət məsləhətləşmələrində tərəflərin yaranmış problemi həll edə biləcəklərinə ümid etdiyini də qeyd edib. 

200 mlrd. dollar həcmində Çin məhsullarına tətbiq olunan rüsumların 10%-dən 25%-ə kimi artırılması haqda ABŞ administrasiyasının qərarı quvvəyə minib. Mayın 5-də ABŞ prezidenti Donald Tramp Çinlə aparılan ticarət-iqtisadi danışıqların zəif getdiyini əsas gətirərək 10 mayda tariflərin artırılacağını bəyan etmişdi.