Kvota gündəlik 8 milyon barel azaldılmalıdır
OPEC+ ölkələri may-iyun aylarında neftin hasilat səviyyəsini 23% azaltmaq barədə razılığa gəliblər. Neft hasilatının gündəlik 10 milyon barel azaldılması razılşadırılıb. Bu barədə TASS-a müzakirələrdəki mənbə məlumat verib.
Rusiya və Səudiyyə Ərəbistanı üçün bu, onların neft hasilatı səviyyəsindən 23 faiz azalma deməkdir. Sövdələşmənin mayın 1-dən tətbiq olunacağı bildirilir.
"İlin sonuna qədər kvota gündəlik 8 milyon barel azaldılmalıdır. 2021-ci ilin aprel ayının sonunadək isə gündəlik 6 milyon barelə qədər enməlidir”.
Qeyd edək ki, görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilib.