Bu SMS-i alanlar 190 manatıını götürə bilər FOTO

10 Aprel, 2020 14:03 | İqtisadiyyat | Baxış sayı: 985
SMS
SMS

10 min işsizə ödənişlərin verilıməsi başlandı

Birdəfəlik ödəməni almaq üçün vətəndaşlara daxil etdikləri nömrələr üzrə SMS göndərilməsinə başlanılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib. 

"Birdəfəlik ödəməni almaq üçün vətəndaşlara bu məzmunda SMS göndərilir. Artıq SMS-i alan vətəndaşlarımız bank filiallarından və poçt şöbələrindən vəsaiti əldə edirlər".

Xatırladaq ki, ilkin mərhələdə 10 min işsiz şəxsə ödəmə edilib. Proses hər gün davam edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafikini hazırlayıb. İşsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin qrafikdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. http://sosial.gov.az/post/3320
12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.